Yuxarı

BP və tərəfdaşları I rübdə Azərbaycanda sosial layihələrə 340 min dollar xərcləyib

Gürcüstanda davamlı inkişaf layihələrinə 300 min dollardan artıq vəsait xərclənib

Bakı. 24 may. REPORT.AZ/ Bu ilin birinci rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 340 min ABŞ dolları xərcləyiblər.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin hesabatında qeyd olunub.

"Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək", - deyə şirkətdən bildirilib.

Bu ilin ilk rübündə BP (öz tərəfdaşları adından) Gürcüstanda davamlı inkişaf layihələrinə 300 min dollardan artıq vəsait xərcləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi