BP və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi arasında iki sənəd imzalanıb

BP və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi arasında iki sənəd imzalanıb Bu gün Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə BP şirkəti arasında əməkdaşlığı təmin edəcək iki sənəd imzalanıb
Energetika
5 Oktyabr , 2023 16:53
BP və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi arasında iki sənəd imzalanıb

Bu gün Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə BP şirkəti arasında əməkdaşlığı təmin edəcək iki sənəd imzalanıb.

“BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, sənədlərin imzalanması münasibətilə bu gün BP-nin ofisində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.

Görüşdə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və BP şirkəti arasında əməkdaşlıq haqqında protokol, həmçinin “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və “BP Eksploreyşn (Caspian Sea) Limited” şirkəti arasında razılaşdırılmış mühafizə qaydaları” haqqında sənəd imzalanıb.

Daha sonra nümayəndə heyəti BP ofisində təhlükəsizlik nəzarət və idarəetmə sistemi və prosesləri ilə tanış olub. General-mayor İ. Abbasov onlara təqdim olunmuş texnologiya və sistemləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin hərtərəfli və səmərəli əməkdaşlıq, birgə fəaliyyət və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi