BP şirkəti "Şahdəniz-3" üçün tədqiqat aparıb

BP şirkəti "Şahdəniz-3" üçün tədqiqat aparıb "Şahdəniz"in gələcəkdə işlənməsi üçün müəyyən məlumat əldə edilib
Energetika
4 Fevral , 2016 14:41
BP şirkəti Şahdəniz-3 üçün tədqiqat aparıb

Bakı. 4 fevral. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağının üçüncü mərhələsi üçün seysmik tədqiqat aparılıb.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin hasilat və kəşfiyyat üzrə vitse-prezidenti Qreq Rayli jurnalistlərə bildirib.

O qeyd edib ki, seysmik tədqiqat ötən ilin noyabr-dekabr aylarında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda 2D tədqiqat zamanı aparılıb.

"Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda 2D tədqiqat aparılarkən "Giləvar" gəmisi ilə suyun biraz da dərinliyində "Şahdəniz"in gələcəkdə işlənməsi üçün də müəyyən məlumat əldə etdik. O məlumatdan da istifadə edəcəyik", - deyə Q.Rayli əlavə edib.

Son xəbərlər

Orphus sistemi