Yuxarı

​BP Şərqi Nildə 12 mlrd. dollarlıq yeni layihə reallaşdıracaq

BP rəsmiləri gələcəkdə bu hasilatın 5-7 trln. kub fitə çatdırılacağına inandıqlarını qeyd ediblər

Bakı. 7 mart. REPORT.AZ/ BP şirkəti "Şərqi Nil Deltası" (West Nile Delta) layihəsi üzrə 12 mlrd. dollar civarında olan yeni müqavilə imzalayıb.

Qurumun baş ofisindən "Report"a verilən məlumata görə, layihə çərçivəsində 5 trln. kub fit (1 kub feet = 0.028317 kub metr) qaz, 55 mln. barel kondensat çıxarılacaq.

2017-ci ildə başlanılacaq hasilat zamanı hər gün 1,2 kub fit qaz çıxarılacağı və bunun Misirin qaz təchizatına müsbət təsir edəcəyi bildirilir.

BP-nin icraçı direktoru Bob Dadli çıxışı zamanı son 50 il ərzində Misirdə belə bir rekord layihənin reallaşdırılmasından məmnunluq duyduğunu deyib.

Misirdə qaz hasilatı BP-nin offşor zonalardakı operatorları olan "Şimali İskəndəriyyə" və "Şərqi Aralıq Dənizi Dərinlik Suyu" tərəfindən reallaşdırılacaq.

BP rəsmiləri gələcəkdə bu hasilatın 5-7 trln. kub fitə çatdırılacağına inandıqlarını qeyd ediblər.

BP-nin Şimali Afrika üzrə Regional prezidenti Heşam Mekavi gələcək 10 ildə Misirin qaz təchizatının iki dəfə yaxşılaşacağını açıqlayıb.

Rəsmi açıqlamaya görə, layihənin icrası Misirdə həm də məşğulluq probleminin həllinə müsbət təsir edəcək. Belə ki, bu müddət ərzində birbaşa yaxud dolayı yolla 10 mindən artıq insan işlə təmin ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi