Yuxarı
    Bağlamaq

    BP-nin regional prezidenti: "Azərbaycan iqtisadiyyatının parlaq gələcəyini görürük"

    Layihələri İdarəetmə Məktəbinin 3-cü buraxılışı olub

    Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Layihələri İdarəetmə Məktəbinin (LİM) 3-cü buraxılışı olub.

    "Report" xəbər verir ki, bu məqsədlə təşkil olunan məzun günündə 80 məzun sertifikat alıb. Builki məzunlar hökumət, neft və qaz, sığorta, telekommunikasiya, tikinti, bank, səfirliklər, turizm və təhsil də daxil olmaqla dövlət və özəl sektordan olan müxtəlif təşkilatları təmsil edir. LİM 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi kimi BP və onun tərəfdaşları tərəfindən yaradılıb.
    Buraxılış günündə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, bu vaxtadək “Layihələri İdarəetmə Məktəbi”ndə ümumilikdə təxminən 300 layihə meneceri təlim keçib və onlardan 55-i BP şirkətinin əməkdaşlarıdır. "Biz əlbəttə ki, Azərbaycan iqtisadiyyatının parlaq gələcəyini görürük. Həmçinin ölkənin öz iqtisadiyyatını şaxələndirməkdə qətiyyətli olduğunu da bilirik. 20 ildir Azərbaycandayıq və bu müddət ərzində hökumət, ARDNŞ, yerli əhali, universitetlər, məktəblər və bütün digər tərəflərlə uğurlu əməkdaşlıqlar qurmuşuq. Biz bu tərəfdaşlıqları yüksək qiymətləndirir və onların uğurundan qürur duyuruq." - Q.Brill deyib. 

    Qeyd edək ki, layihənin icrası üçün bu günə qədər 2 milyon dollar vəsait sərf olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi