Yuxarı

​BP-nin iqtisadçısı: "Neftin qiymətləri tədricən formalaşacaq"

Spenser Deyl: Ümid edirəm ki, bu ilin sonuna bazarın tənzimlənməsi başa çatacaq

Bakı. 13 may. REPORT.AZ/ "Artıq neft bazarında tədricən tarazlığın yarandığı müşahidə olunur. Ümid edirəm ki, bu ilin sonuna neft bazarının tənzimlənməsi başa çatacaq". Bunu "Report"a açıqlamasında Bakıda səfərdə olan BP Qrupunun baş iqtisadçısı Spenser Deyl (Spencer Dale) bildirib.

"Ən azı tunelin sonunda işıq görməyə başlamışıq. Qiymətlər zamanla tədricən formalaşacaq. Amma qiymətlərin nə qədər olacağı və sabitləşmənin hansı tezliklə baş verəcəyini demək çətindir", - deyə iqtisadçı qeyd edib.

Xatırladaq ki, BP-nin “Enerji perspektivlərinə baxış” hesabatının 2016-cı il buraxılışında hazırda neft bazarında aşağı qiymətlərin tələbatı artırdığı və tədricən yenidən tarazlandığı qeyd olunur. Qlobal neft tələbatının gündə 20 mln. barelə qədər artdığı və 2035-ci ildə 112 mln. barel/günə çatacağı proqnozlaşdırılır. 

Qeyd olunur ki, bütün bu artan tələbat inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı hesabınadır. Bu artımın yarısından çoxu isə Çin və Hindistanın payına düşür.                                                                                     

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi