BP Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantının müzakirəsi üçün ictimaiyyətlə görüş keçirir

BP Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantının müzakirəsi üçün ictimaiyyətlə görüş keçirir Bakı. 27 fevral. REPORT.AZ/ BP operator olaraq elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.
Energetika
27 Fevral , 2019 08:00
BP Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantının müzakirəsi üçün ictimaiyyətlə görüş keçirir

Bakı. 27 fevral. REPORT.AZ/ BP operator olaraq elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir.

Görüş 5 mart 2019-cu il tarixində saat 10:00-12:00-dək “HOLIDAY INN” mehmanxanasının (ünvan: Bakı, Kövkəb Səfərəliyeva küçəsi 5), “Bakı 2” iclas zalında keçiriləcək.

Həmin sənədin nüsxələri və müvafiq rəy formaları 1 fevral 2019-cu il tarixindən ictimaiyyətin tanış olması və istifadəsi üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153

M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20

Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a

Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyli küçəsi 5; Qoqol küçəsi 2

Libraff kitab mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku)

Bakı Ali Neft Məktəbinin kitabxanası: Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)

Bundan əlavə, sənədin tam layihə versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) BP-nin vebsaytında yerləşdirilib:

https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html.

BP həmçinin ictimaiyyətin nümayəndələrini sənədin layihə versiyası ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər həm görüş zamanı, həm də www.bp.com/caspian vebsaytına daxil olmaqla və ya [email protected] elektron ünvanına məktub göndərməklə təqdim oluna bilər.

Əlavə məlumat üçün BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova ilə əlaqə saxlamağınız xahiş olunur:

e-poçt: [email protected];

telefon:(012) 404 69 19 və ya (055) 225 90 13

Son xəbərlər

Orphus sistemi