BP şirkətinin 2019-cu ildə mənfəəti 2018-ci illə müqayisədə 21% azalaraq 10 mlrd. dollar təşkil edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin ötən illə bağlı hesabatında qeyd edilib.
2019-cu ilin IV rübündə isə şirkətin mənfəəti 2,6 mlrd. dollar olub. Bu isə əvvəlki ilin müvafiq rübündən 25,7% azdır.
Rüb ərzində şirkətin hər səhm üçün dividend ödənişinin məbləği 2,4% artaraq 10,5 sent təşkil edib.