Yuxarı
    Bağlamaq

    BP ilə Gürcüstan Daxili İşlər Nazirliyi yeni anlaşma imzalayıb

    DİN-in strateji boru kəmərlərinin mühafizəsi departamenti səlahiyyəti çərçivəsində işlər görəcək

    Bakı. 2 fevral. REPORT.AZ/ Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili BP-nin baş meneceri Kris Şlitteri (Chris Schlitter) qəbul edib. 

    “Report” xəbər verir ki, görüşdə Gürcüstan ərazisindən keçən boru kəmərlərinin təhlükəsizliyi məsələləri müzakirə edilib.

    Gürcüstan hökuməti ilə BP arasında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Cənub Qaz Dəhlizinin, Qərb boru kəmərinin və ona aid olan Supsa terminalı və onun infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müqavilə imzalanıb.

    DİN-in strateji boru kəmərlərinin mühafizəsi departamenti səlahiyyəti çərçivəsində BTC, Supsa terminalı və Bakı-Tbilsi-Ərzurum qaz kəmərinin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün işlər görəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi