BP I rübdə 4 mlrd. ABŞ dollarından çox zərər edib

BP I rübdə 4 mlrd. ABŞ dollarından çox zərər edib BP şirkəti neftin ucuzlaşması və tələbatın azalması səbəbindən bu ilin I rübünü zərərlə başa vurub.
Energetika
28 Aprel , 2020 12:46
BP I rübdə 4 mlrd. ABŞ dollarından çox zərər edib

BP şirkəti neftin ucuzlaşması və tələbatın azalması səbəbindən bu ilin I rübünü zərərlə başa vurub.

“Report” şirkətin I rüb üzrə hesabatına əsasən xəbər verir ki, I rübdə şirkətin zərəri 4,365 mlrd. ABŞ dolları təşkil edib.

Ötən ilin I rübündə isə BP 2,934 mlrd. ABŞ dolları xalis mənfəət əldə etmişdi.

Bu ilin I rübündə BP-nin gəliri ötən ilin müvafiq dövründəki 67,407 mlrd. ABŞ dollarından 59,54 mlrd. ABŞ dollarına düşüb.

I rübdə BP-nin ümumi karbohidrogen hasilatının həcmi 2,8% azalaraq 3,715 mln. barel neft ekvivalenti təşkil edib.

I rübdə BP-nin əsaslı xərcləri ötən ilin müvafiq dövründəki 3,6 mlrd. ABŞ dollarından 3,5 mlrd. ABŞ dollarına düşüb.

Hesabat dövründə BP-nin xalis borcu 51,4 mlrd. ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 45,08 mlrd. ABŞ dolları olub.

İngilis versiyası BP ends Q1 at loss

Son xəbərlər

Orphus sistemi