Yuxarı
    Bağlamaq

    ​BP İrandan neft alacaq

    BP şirkətinin qaza görə İrana borcu qalıb

    Bakı. 26 aprel. REPORT.AZ/ İran Milli Neft Şirkəti (NİOC) və BP şirkəti neft satışı üzrə anlaşma sənədi imzalamağa hazırlaşır. "Report" İranın "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, "Royal-Dutch Shell" şirkətindən sonra BP də neft almaq üçün NİOC-la görüşlərə başlayıb.

    NİOC-un beynəlxalq əlaqələr üzrə icraçı direktoru Seyid Möhsün Qamsari BP şirkəti ilə görüşlərin keçirildiyini təsdiqləyib. O, bildirib ki, əgər anlaşma əldə olunarsa, BP-yə satılan neft Şimali Afrika və ya digər ölkələrin neft emalı zavodlarına göndəriləcək.

    Qeyd edək ki, BP şirkəti İran qazına görə borclu şirkətlərdən biridir. Belə ki, İran qazına görə ödəniləcək vəsait sanksiyalar tətbiq edildiyi zaman B.Britaniya hökuməti tərəfindən dondurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi