BP Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədini açıqlayıb

BP Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədini açıqlayıb Bakı. 6 fevral. REPORT.AZ/ Podratçı tərəflər adından operator kimi BP elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanıb və dərc edilib.
Energetika
6 Fevral , 2019 08:00
BP Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədini açıqlayıb

Bakı. 6 fevral. REPORT.AZ/ Podratçı tərəflər adından operator kimi BP elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi hazırlanıb və dərc edilib.

Xəzər dənizinin Azərbaycan sektorunda Şimal Abşeron hövzəsində D230 blokunun birgə kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş 2018-ci ildə imzalanıb. ƏMSSTQ sənədinin layihə variantında kontrakt sahəsində aparılması planlaşdırılan üçölçülü seysmik tədqiqat işlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

Seysmik tədqiqatın 100 – 800 metr arasındakı su dərinliklərində 3200 kvadrat kilometrlik ərazini əhatə edəcəyi gözlənilir.

Seysmik tədqiqat proqramının ümumi məqsədi Şimal Abşeron hövzəsində perspektiv strukturlar üzrə geofiziki məlumatlar toplamaq və karbohidrogenlər olan geoloji strukturları aşkar etməkdir.

ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərdən yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirləri müəyyənləşdirmək və minimuma endirmək, mümkün olduqda isə aradan qaldırmaqdır.

  • Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəylərinin toplanması və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin ümumi rəylərinin layihənin planlaşdırılmasında və ƏMSSTQ-də əks etdirilməsini təmin edir.
  • Sizi ƏMSSTQ sənədinin layihə variantına dair rəylərinizi və fikirlərinizi bildirməyə dəvət edirik.
  • Azərbaycan və ingilis dillərində sənədin tam layihə variantı və qısa xülasəsi hazırlanıb və BP-nin vebsaytında yerləşdirilib: ttps://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html

1 fevral 2019-cu il tarixindən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153

M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20

Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a

Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyov küç., 5; Qoqol küç., 2

Libraf Kitab Mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku)

Bakı Ali Neft Məktəbinin kitabxanası: Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)

Xahiş olunur öz rəy və təkliflərinizi BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarovaya göndərəsiniz:

e-poçt: [email protected];

telefon:(012) 599 43 29 or (055) 2259013

Son xəbərlər

Orphus sistemi