BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı 4 %-dən çox artıb

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı 4 %-dən çox artıb ​​​​​​​Bu ilin üçüncü rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir
Energetika
2 Noyabr , 2023 15:30
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı 4 %-dən çox artıb

Bu ilin üçüncü rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin üçüncü rübünün nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, 2022-ci ilin ilk 6 ayı ayının göstəriciləri ilə müqayisədə 99 nəfər və ya 4,3 % çoxdur.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xatırladaq ki, 2022-ci ilin üçüncü rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 296 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Son xəbərlər

Orphus sistemi