Bu ilin üçüncü rübün sonunda “BP-Azerbaijan” şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 497 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2020-cu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.
Bu, 2019-cu ilin üçüncü rübünün nəticələri ilə müqayisədə 27 nəfər və ya 1,07 % azdır.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.