BP Azərbaycanın mədəni irsini təbliğ edən yeni kitab-albomu və vebsaytı təqdim edib

BP Azərbaycanın mədəni irsini təbliğ edən yeni kitab-albomu və vebsaytı təqdim edib ​​​​​​​Bu gün BP müxtəlif nəsilləri təmsil edən Azərbaycan incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri son 60 ildə yaratdıqları seçilmiş sənət əsərlərini nəfis şəkildə təqdim edən kitab-albomun və vebsaytın ictimaiyyətə təqdimatını keçirib.
Energetika
10 Dekabr , 2024 17:25
BP Azərbaycanın mədəni irsini təbliğ edən yeni kitab-albomu və vebsaytı təqdim edib

Bu gün BP müxtəlif nəsilləri təmsil edən Azərbaycan incəsənət nümayəndələrini və onların 1960-cı illərdən bəri son 60 ildə yaratdıqları seçilmiş sənət əsərlərini nəfis şəkildə təqdim edən kitab-albomun və vebsaytın ictimaiyyətə təqdimatını keçirib.

“Report” xəbər verir ki, kitabda Azərbaycanın ecazkar sənət aləminin parlaq, rəngarəng və çoxşaxəli özəlliklərini ən yaxşı təmsil edən sənətkarlar və onların yaradıcılığı əhatə olunub.

Layihə BP-nin Azərbaycanın zəngin mədəni irsinin təbliğinə verdiyi davamlı dəstəyin bir hissəsidir.

Kitab-albom Azərbaycan, ingilis və rus dillərində olmaqla üç dildə hazırlanıb. Nəşrdə təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasında sərgilənən rəngkarlıq, heykəltaraşlıq, qrafika, tətbiqi sənət və teatr dekorasiya sənətini əhatə edən 12 000 əsərlik yaradıcılıq kolleksiyasından seçilib.

Bu nəşr Azərbaycan milli rəssamlıq məktəbinin dünya şöhrətli korifeyləri ilə yeni, lakin güclü gənc nəslini bir araya gətirmiş misilsiz sənət toplusudur.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “İlk dəfə olaraq Azərbaycanın möhtəşəm yaradıcılıq sənətinin böyük ustadları - Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad Mircavadov, Əşrəf Murad, Rasim Babayev, Böyükağa Mirzəzadə, Ömər Eldarov, Lətif Kərimov, Vəcihə Səmədova, Maral Rəhmanzadə və digər görkəmli sənətkarlarla yüksələn gənc istedadları bir yerə toplamış bu unikal incəsənət kitabını təqdim etməkdən qürur duyuruq. Bu kitab bir daha “incəsənət” sözünün təcəssüm etdirdiyi yaradıcılıq, təxəyyül və ilhamın simvolik gücünü vurğulayır. bp Azərbaycanın həm dünya şöhrətli, həm də inkişaf etməkdə olan yaradıcılıq sənətinin təbliğinə töhfə verməkdən qürur duyur.”

Bu sənət toplusu müvafiq incəsənət mərkəzlərinə, muzeylərə, qalereyalara və kitabxanalara, eləcə də bütün sənətsevərlərə bp-nin hədiyyəsidir. Yeni təqdim olunmuş vebsayt artıq ictimaiyyətə açıqdır və www.az-art.gallery ünvanında yerləşir.

Kitabın və vebsaytın hazırlanması və nəşri də daxil olmaqla layihənin ümumi dəyəri 85300 AZN (50200 ABŞ dolları) təşkil edib.

Layihə Təşəbbüslər və Layihələr Mərkəzi (TLM) tərəfindən icra olunub.

Son xəbərlər

Orphus sistemi