Bakı. 13 aprel. REPORT.AZ/ "Worley Parsons" beynəlxalq şirkəti BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədəki əməliyyatlarına Mühəndislik, Təchizat və Tikinti İdarəçiliyi (EPCM) xidmətlərinin göstərilməsi üçün seçilib.
"Report" xəbər verir ki, bu barədə "Worley Parsons" şirkəti məlumat yayıb.
Müqavilə 5 il müddətinə imzalanıb. Müqaviləyə görə, "Worley Parsons" Səngəçal Terminalında və Azərbaycan, Gürcüstan və Türkiyədə boru kəmərləri sistemlərində EPCM xidmətləri göstərəcək. Şirkətin baş icraçı direktoru Endryu Vud (Andrew Wood) BP şirkəti ilə uzunmüddətli əlaqələrin davam etməsindən məmnunluğunu bildirib.