"BP-Azerbaijan" şirkəti AÇG və "Şahdəniz" yataqlarında texniki xidmətlər üçün iki müqavilə imzalayıb

"BP-Azerbaijan" şirkəti AÇG və "Şahdəniz" yataqlarında texniki xidmətlər üçün iki müqavilə imzalayıb Müqavilələr Böyük Britaniyanın "KCA Deutag" şirkəti ilə imzalanıb
Energetika
17 Dekabr , 2015 18:00
BP-Azerbaijan şirkəti AÇG və Şahdəniz yataqlarında texniki xidmətlər üçün iki müqavilə imzalayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ "BP-Azerbaijan" şirkəti neft-qaz sektorunda qazma qurğuları və mühəndislik üzrə böyük podratçılardan olan Böyük Britaniyanın "KCA Deutag" şirkəti ilə iki müqavilə imzalayıb. "Report" xəbər verir ki, bu barədə "KCA Deutag" şirkəti məlumat yayıb.

Bu müqavilələrin ilkin dəyəri 360 mln. dollar, maksimal dəyəri isə 1 mlrd. dollar təşkil edir.

Birinci müqavilə BP-nin operator olduğu "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarındakı "Şərqi Azəri", "Qərbi Azəri"və "Mərkəzi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq", "Çıraq" və "Şahdəniz" platformalarında qazma işlərini və texniki xidmətləri əhatə edir.

Bu müqavilə ilkin olaraq 3 illik müddətə sonradan daha 6 il uzadılma ehtimalı ilə imzalanıb.

İkinci müqavilə isə "KCA Deutag" şirkətinin mühəndislik üzrə bölməsi olan RDS ilə imzalanıb. Bu müqavilə BP-nin Xəzərdəki bütün qazma layihələrində mühəndislik xidmətləri üzrə dəstək göstərilməsini nəzərdə tutur.

Bu müqavilə 2017-ci il sentyabrın 30-dək olan müddətdə etibarlıdır. Lakin sonradan iki dəfə bir il müddətinə uzadılma ehtimalı da nəzərə alınıb.

Qeyd edək ki, "KCA Deutag" şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir və 750 nəfər işçisi var. Onlardan 75%-i Azərbaycan vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi