Yuxarı

"BP-Azerbaijan"da işçilərin 87%-i Azərbaycan vətəndaşlarıdır

Q.Birrell: Şahdəniz-2 layihəsi çərçivəsində 15 mindən çox azərbaycanlı işlə təmin olunub

Bakı. 10 noyabr. REPORT.AZ/ Hazırda "BP-Azerbaijan" şirkətində 2 900 nəfərə yaxın Azərbaycan vətəndaşı çalışır. "Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrell bildirib. 

Onun sözlərinə görə, bu, şirkətin işçilərinin ümumi sayının 87%-i deməkdir. Q.Birrell qeyd edib ki, onların bir çoxu peşəkar kadrlardır və yüksək vəzifələr tuturlar. Q.Birrell əlavə edib ki, "Şahdəniz-2" layihəsi çərçivəsində 15 mindən çox yerli azərbaycanlılar üçün iş yerləri təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi