BP: AÇG layihəsinin əsaslı xərcləri 30 ildə 45 milyard dollar təşkil edib

BP: AÇG layihəsinin əsaslı xərcləri 30 ildə 45 milyard dollar təşkil edib Bu ilin ikinci rübünün sonuna Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin əsaslı xərcləri 45 milyard ABŞ dolları təşkil edib.
Energetika
17 Sentyabr , 2024 11:34
BP: AÇG layihəsinin əsaslı xərcləri 30 ildə 45 milyard dollar təşkil edib

Bu ilin ikinci rübünün sonuna Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin əsaslı xərcləri 45 milyard ABŞ dolları təşkil edib.

“Report” yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək AÇG-dən 593 milyon ton (təqribən 4,4 milyard barel) neft hasil edilib.

Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə 4,3 milyard bareldən çox AÇG nefti dünya bazarlarına daşınıb. 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 5 707 tanker Ceyhan terminalından yola salınıb. Hasilatın başlanğıcından bu ilin ikinci rübünün sonunadək təqribən 57 milyard kubmetr səmt qazı Azərbaycana təhvil verilib.

1994-cü ildə AÇG layihəsi başlanandan bu ilin ikinci rübünün sonunadək BP və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə təqribən 111 milyon ABŞ dollar xərcləyib.

Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard ABŞ dolları dəyərində yeni layihəyə – “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə sanksiya verilib. 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub.

Həmçinin, bu ilin ikinci rübünün sonunda AÇG-də 144 hasilat quyusu, 45 suvurma və 8 qaz injektor quyusu vardı.

Son xəbərlər

Orphus sistemi