​BP 18 milyard dollar ziyana düşdü

​BP 18 milyard dollar ziyana düşdü BP-nin körfəzdə apardığı tədqiqatlar zamanı suyu çirkləndirdiyi üzə çıxıb
Energetika
5 Sentyabr , 2014 12:05
​BP 18 milyard dollar ziyana düşdü
Bakı. 5 sentyabr. REPORT.AZ/ BP ABŞ tarixində ən böyük neft sızıntısına yol verib.

“Report” xəbər verir ki, bu barədə “CNNMoney” məlumat yayıb. Məlumata görə ABŞ-ın Luiziana Ştatındakı federal məhkəmə BP-nin körfəzdə apardığı tədqiqatlar zamanı suyu çirkləndirdiyini üzə çıxarıb. Bununla bağlı istintaqın getdiyini və ilkin hesablamalara görə 2010-cu ilin məlum fəlakətindən sonra 18 milyard dollarlıq ziyanın dəydiyi deyilir.

Şərqi Luiziana Federal Məhkəməsinin hakimi Karl Barbiyer (Carl Barbier) istintaq zamanı 3000-dən artıq iddianın araşdırıldığını və BP-dən başqa digər iki şirkətin də qəzalarda məsuliyyət daşıdığını bildirib. Körfəzdə qazma zamanı BP-nin əsasən ortaqları “Transocean” (RIG) və “Halliburton” (HAL) kompaniyalarıdır. Hakim “Transocean”ın 30%, “Halliburton” isə 3% təqsirinin olduğunu deyir. 

Son xəbərlər

Orphus sistemi