Yuxarı

Böyükşor gölünün neft tullantılarından təmizlənməsi üzrə podratçı seçilir

Bununla bağlı tender elan olunub

Bakı. 8 dekabr. REPORT.AZ/ "Təmiz Şəhər" ASC Böyükşor gölünün sol sahilində və sol bəndinin arxa hissəsində ərazinin (130 ha) neftdən çirklənməsindən təmizlənməsi işinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, ilkin layihələndirilmə, texniki-iqtisadi əsaslandırma üçün podratçı seçimi üzrə tender elan edib.

Cəmiyyətdən "Report"a verilən məlumata görə, tenderdə iştirak haqqı 200 manatdır.

Tenderdə iştirak etmək istəyənlər, təklifin dəyərinin 1%-i həcmində bank zəmanəti ilə təmin olunmuş təkliflərini 2016-cı il yanvarın 22-dək təqdim etməlidirlər.

Tender prosedurası yanvarın 22-də baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi