Böyük Britaniya səfiri Qobustandakı ilk hibrid elektrostansiyaya baş çəkib

Böyük Britaniya səfiri Qobustandakı ilk hibrid elektrostansiyaya baş çəkib Səfiri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev müşaiyət edib
Energetika
31 Mart , 2021 09:08
Böyük Britaniya səfiri Qobustandakı ilk hibrid elektrostansiyaya baş çəkib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Qobustanda yerləşən ilk hibrid külək, günəş və bioqaz elektrik stansiyasına baş çəkib.

"Report" xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Məlumata görə, səfiri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev müşaiyət edib. Qobustandakı stansiyanı Agentliyin tabeliyindəki "Azəralternativenerji" MMC idarə edir.

"Bu gün bərpa olunan enerji növləri daha ucuz başa gəlir və onlar dayanıqlı iş yerləri və daha güclü iqtisadiyyatın formalaşmasına şərait yaradır. Azərbaycan hökuməti təmiz enerji mənbələrinə keçid üçün əhəmiyyətli addımlar atır", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi