Böyük Britaniya neft-qaz layihələrini dəstəkləməyəcək

Böyük Britaniya neft-qaz layihələrini dəstəkləməyəcək Böyük Britaniya hökuməti neft, təbii qaz və kömür kimi yeraltı yanacaq mənbələrinin hasilatı ilə bağlı xaricdə həyata keçirilən layihələrə maliyyə ayırmayacaq.
Energetika
12 Dekabr , 2020 11:09
Böyük Britaniya neft-qaz layihələrini dəstəkləməyəcək

Böyük Britaniya hökuməti neft, təbii qaz və kömür kimi yeraltı yanacaq mənbələrinin hasilatı ilə bağlı xaricdə həyata keçirilən layihələrə maliyyə ayırmayacaq.

“Report” hökumət dəftərxanasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Boris Concon bu gün onlayn formatında keçiriləcək “Climate Ambition Summit 2020” çərçivəsində bildirəcək.

Bundan yalnız Paris İqlim Sazişinin müddəalarına uyğun gələn bəzi layihələr istisna təşkil edəcək.

Böyük Britaniya hökumət başçısının çıxışında həmçinin havaya buraxılan istilik qaz miqdarını 2030-cu ilədək 68 faiz azaltmaq barədə bu yaxınlarda götürdükləri öhdəliyi xatırladacaq.

Yeraltı yanacaq mənbələrinə dair layihələrə sərmayə qoyuluşunun 2021-ci ilin noyabr ayında Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Sazişi Konfransının 26-cı sessiyasından sonra dayandırılacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi