Boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın tərkibi yenilənib

Boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın tərkibi yenilənib Azərbaycanda İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə komissiyanın tərkibi yenilənib.
Energetika
28 Dekabr , 2022 16:27
Boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın tərkibi yenilənib

Azərbaycanda İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə komissiyanın tərkibi yenilənib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Komissiyanın tərkibi aşağıdakı kimidir:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini.

Son xəbərlər

Orphus sistemi