​Bolqarıstan "Cənub axını"na görə təzminat tələb edəcək

​Bolqarıstan "Cənub axını"na görə təzminat tələb edəcək Mübahisəli qiymətlərlə bağlı qiymətləndirici dəvət ediləcək və sahil zolağının qiyməti ilə bağlı son qərarı Nazirlər Kabineti verəcək
Energetika
43
28 Avqust , 2015 15:36
​Bolqarıstan Cənub axınına görə təzminat tələb edəcək

Bakı. 28 avqust. REPORT.AZ/ Bolqarıstan "Cənub axını" qaz xəttinin Varna şəhəri yaxınlığındakı "Paşa Dərə" çimərliyindən keçən hissəsi üçün təzminat tələb edəcək. "Report" xəbər verir ki, bu barədə qərar bu ölkənin Nazirlər Kabinetinin keçirdiyi iclasda qəbul olunub.

Hökumətin mətbuat xidmətinin açıqlamasında deyilir ki, ölkəyə dəyən ziyan və dəniz yatağının istismar haqqının hesablanması üçün yeni metodologiyadan istifadə ediləcək. Mübahisəli qiymətlərlə bağlı qiymətləndirici dəvət ediləcək və sahil zolağının qiyməti ilə bağlı son qərarı Nazirlər Kabineti verəcək.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin "Cənub axını"nın ləğv edildiyini deməsinə baxmayaraq, Bolqarıstan layihənin dayandırılması ilə bağlı "Qazprom"dan rəsmi bildiriş almayıb.