Bolqarıstan Azərbaycandan əlavə qaz idxalında maraqlıdır

Bolqarıstan Azərbaycandan əlavə qaz idxalında maraqlıdır Bolqarıstan Azərbaycandan əlavə təbii qaz idxalında maraqlıdır.
Energetika
14 Mart , 2019 19:01
Bolqarıstan Azərbaycandan əlavə qaz idxalında maraqlıdır

"Bolqarıstan Azərbaycandan əlavə təbii qaz idxalında maraqlıdır".

“Report” xəbər verir ki, bunu jurnalistlərə Bolqarıstanın Baş naziri Boyko Borisov bildirib.

O, Bakıda Prezident İlham Əliyevlə keçirdikləri görüş zamanı Bolqarıstana 1 milyard kubmetr qaz tədarükü üçün TAP qaz kəmərinə ayrıca xəttin inşası məsələsini müzakirə etdiklərini diqqətə çatdırıb.

Xatırladaq ki, iki ölkə arasında əldə edilən razılığa əsasən, Bolqarıstan 2020-ci ildən etibarən "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan təbii qazdan hər il 1 milyard kubmetr alacaq.

Bundan əlavə, 2017-ci ilin iyul ayında Sofiyada SOCAR-la "Bulgartransgaz" arasında imzalanmış anlaşma memorandumuna əsasən, tərəflər Bolqarıstana və bu ölkə vasitəsilə başqa Cənub-Şərqi Avropa ölkələrinə əlavə təbii qaz tədarükü imkanlarını araşdıracaqlar.

Son xəbərlər

Orphus sistemi