Bolqarıstan Azərbaycan qazının idxalını artırıb

Energetika
  • 09 oktyabr, 2024
  • 14:04
Bolqarıstan Azərbaycan qazının idxalını artırıb

Bolqarıstan bu ilin yanvar-iyul aylarında 21,948 min teracoul (TJ) Azərbaycan qazı idxal edib.

“Report” bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 0,3 % çoxdur.

Dəyər ifadəsində hesabat dövründə Bolqarıstanın idxal etdiyi qazın həcmi 165,524 milyon avro (15,6 % az) təşkil edib.

Qeyd edək ki, bu ilin 7 ayı ərzində Avropa İttifaqı ölkələri Azərbaycandan 2 milyard 484,16 milyon avro məbləğində (35,5 % az) 297,765 min TJ (5,5 % çox) qaz idxal edib. Azərbaycandan Aİ-yə ümumi qaz ixracında Bolqarıstanın payı 7,4 % təşkil edib.

İyul ayında Bolqarıstana 24,333 milyon avro məbləğində (2,3 % az) 3,2 min TJ (2023-cü ilin iyul ayı səviyyəsində) tədarük edilib.

Azərbaycanın Avropanın 8 ölkəsi ilə qaz tədarükü müqaviləsi var: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya və Xorvatiya.

2024-cü ildə Azərbaycan qazının ixracı 25 milyard kubmetr həcmində proqnozlaşdırılır, Avropaya isə 12,5 milyard kubmetr qaz tədarük edilməsi planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti