Bloomberg: "Qazprom" növbəti üç il ərzində Ukraynaya qaz ixracını dayandırmayacaq"

Bloomberg: "Qazprom" növbəti üç il ərzində Ukraynaya qaz ixracını dayandırmayacaq" Hazırda Rusiya Ukraynanın qaza olan tələbatının 41 faizini təmin edib
Energetika
12 Fevral , 2016 08:21
Bloomberg: Qazprom növbəti üç il ərzində Ukraynaya qaz ixracını dayandırmayacaq

Bakı. 12 fevral. REPORT.AZ/ "Qazprom" şirkəti növbəti üç il ərzində Ukraynaya qaz ixracını dayandırmaq niyyətində deyil". "Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə görə, bu məlumatı "Bloomberg" agentliyi "Gazprom"dakı mənbələrə istinadən yayıb.

Hazırda Rusiya Ukraynanın qaza olan tələbatının 41 faizini təmin edir. Ötən il Kiyevin "Gazprom"dan aldığı qazın həcmi 6.1 mlrd. kubmetr təşkil edib.

"Qazprom" və "Naftoqaz Ukrayna" şirkətlərində bu məlumatı şərh etməyiblər.

Son xəbərlər

Orphus sistemi