Yuxarı
    Bağlamaq

    "Bloomberg": OPEC neft hasilatını bu ilin maksimumuna yüksəldib

    Liviyanın neft hasilatı iyun ayında 1 mln. barel/gün səviyyəsini ötüb

    Bakı. 4 iyul. REPORT.AZ/ OPEC üzvü ölkələrin neft hasilatı iyun ayında bu ilin maksimum səviyyəsinə yüksəlib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

    Agentlik bildirib ki, hasilatda artım əsasən neft hasilatının azaldılmasına dair Vyana anlaşmasından azad olan Liviya və Nigeriyanın hesabına baş tutub. Belə ki, "Bloomberg"in araşdırmasına görə, iyun ayında neft hasilatı 260 min barel/gün və ya 0,8% artaraq 32,55 mln. barel/günə çatıb.

    Liviyanın neft hasilatı iyun ayında son 4 ilin maksimumuna çatararaq 1 mln. barel/günü ötüb. S.Ərəbistanı neft hasilatını 90 min barel/gün, Anqola və BƏƏ isə hər biri 40 min barel/gün artırıb. Bu ilin may ayında OPEC-in 14-cü üzvünə çevrilən Ekvatorial Qvineya isə iyun ayında neft hasilatını 150 min barel/gün çoxaldıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi