​Bir neçə rayonun qaz verilişində məhdudiyyətlər olacaq

​Bir neçə rayonun qaz verilişində məhdudiyyətlər olacaq Abşeron, Hacıqabul, Qazax və Ağdam magistral qaz kəmərləri sahələrində təmir aparılacaq
Energetika
13 Oktyabr , 2015 17:36
​Bir neçə rayonun qaz verilişində məhdudiyyətlər olacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Digah”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-2”, Qazax magistral qaz kəmərləri sahəsinin “Samux” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Azadqaraqoyunlu”, “Tərtər” və “Kövər”, həmçinin Yevlax rayonunun Malbinəsi qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Məhəmmədi, Digah, Fatmayi, Görədil və Novxanı, Samux rayonunun Sərkar, Bağbanlar, Çobanabdallı, Qarabağlılar, Lək, Hacıalılar, Füzuli və Zaknis kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Aparılan işlərin Şirvan şəhərinin, eyni zamanda Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi