Yuxarı
    Bağlamaq

    ​Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

    Təmirlə bağlı aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatına təsir göstərməsi mümkündür

    Bakı. 28 aprel. REPORT.AZ/ Aprelin 29-da saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Ərəbqədim, Siyəzən rayonunun Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildirib.

    Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, “Yaşma” və “Giləzi”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədar olacaq.

    Təmir müddətində aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi