Yuxarı

Bir neçə magistral qaz kəmərində təmir işləri aparılacaq

Bir neçə ərazinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Aprelin 20-də saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mehdiabad”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” və “Mədrəsə”, Astara magistral qaz kəmərləri sahəsinin “Avrora”, “Xarxatan”, “Tüklə” və ''Masallı'' qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Mehdiabad, Qobustan rayonunun Ərəbqədim, Şamaxı rayonunun Mədrəsə, Masallı rayonunun Ərkivan, Boradigah, Axundov və Tüklə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Lənkəran rayonunun və Masallı şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi