Bir gündə təbii qazdan 3 qanunsuz istifadə halı aşkar edilib

Bir gündə təbii qazdan 3 qanunsuz istifadə halı aşkar edilib Bərpa işlərinin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub
Energetika
9 Mart , 2021 16:02
Bir gündə təbii qazdan 3 qanunsuz istifadə halı aşkar edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan qeyri-qanuni istifadə hallarının və qaz sızmalarının aşkarlanması ilə əlaqədar mütəmadi tədbirlərini davam etdirir.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu işdə “Təmiz Qaz” QSC-nin də xidmətlərindən istifadə olunur.

Elə bu gün adı çəkilən təşkilatla birlikdə aparılan yoxlamalar zamanı Sabunçu rayonu, “Maştağa-2” qaz paylayıcı stansiyadan qidalanan 2 qaz xəttində 3 yerdə təbii qazdan qeyri-qanuni istifadə faktları aşkarlanıb. Acınacaqlısı odur ki, qaz xətlərinə qeyri-qanuni müdaxilə etməklə müharibə və əmək əlilləri üçün pansionatın normal rejimdə qaz almasına maneçilik yaradıblar.

Birliyin Bakı Regional Qazın Satışı Departamenti aşkarlanan hallarla bağlı müvafiq prosedurların icrasını nəzarətə götürüb. Qeyri-qanuni xətlərin ləğv edilməsi zamanı Müharibə və əmək əlilləri üçün ponsianatın qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb. Qeyd edək ki, təmir müddətində həmin xətdən qaz alan bir qrup abonentin də qaz təchizatında fasilə olacaq. Bərpa işlərinin tez bir zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Daha ətraflı video materialdan izləyə bilərsiz :

https://www.facebook.com/watch/?v=1125521521253448

Son xəbərlər

Orphus sistemi