Qeyri-OPEC ölkələri neft hasilatını azaltmağa razıdır

Qeyri-OPEC ölkələri neft hasilatını azaltmağa razıdır Xalid bin Abdel Əziz əl-Faleh: "Dünya neft sənayesində durğunluq sona yaxınlaşıb"
Energetika
19 Oktyabr , 2016 15:55
Qeyri-OPEC ölkələri neft hasilatını azaltmağa razıdır

Bakı. 19 oktyabr. REPORT.AZ/ OPEC üzvü olmayan bir çox ölkə neft hasilatını azaltmağa razılıq verib. 

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid bin Abdel Əziz əl-Faleh "Oil&Money" konfransında bildirib.

Onun sözlərinə görə, OPEC üzvü olmayan ölkələrin əksəriyyəti Əlcəzair razılaşmasına qatılmaq niyyətini bildirməklə yanaşı, nəinki hasilatı dondurmağa, hətta azaltmağa da razı olduqlarını vurğulayıb. Nazir açıqlamasında ölkələrin adlarını çəkməyib.

Əl-Faleh bilidirib ki, dünya neft sənayesində durğunluq artıq sona yaxınlaşıb: "Neft bazarı yenidən tarazlaşır. Neftə tələbat getdikcə artır".

Son xəbərlər

Orphus sistemi