“Binəqədi” yatağında hasilat proqnozu 7 % üstələyib
- 13 iyun, 2022
- 07:35
2021-ci il ərzində quruda yerləşən “Binəqədi” yatağından 1,01 milyon barel neft hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib
Hesabata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,02 milyon barel və ya 2,02 % çoxdur.
Belə ki, ötən il bu yataqdan 0,94 milyon barel neftin hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 0,07 milyon barel və ya 7,44 % çoxdur.
Qeyd edək ki, "Binəqədi" neftli-qazlı rayonu Abşeron yarımadasının şimal-qərbində yerləşir. 29 sentyabr 2004-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Azen Oil Company B.V." şirkəti arasında birgə işlənmə haqqında saziş bağlanıb. Saziş sahəsi 43,5 km2 təşkil edir. "Binəqədi" yatağı 1896-cü ildən istismar olunmağa başlanıb. Yataq Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataq 2005-ci il tarixdən “Binagadi Oil Company” tərəfindən istismar edilir, operatoru isə "Azen Oil Company B.V." (Global Energy) şirkətidir.