Binəqədi və Sumqayıtın qaz təchizatında məhdudiyyətlər yaranıb

Binəqədi və Sumqayıtın qaz təchizatında məhdudiyyətlər yaranıb Məhdudiyyət işlər başa çatanadək davam edəcək
Energetika
11 Yanvar , 2017 10:13
Binəqədi  və Sumqayıtın qaz təchizatında məhdudiyyətlər yaranıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Diametri 530 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Sumqayıt şəhərinin, eləcə də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi, VII və VIII mikrorayonların bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq. 

"Report" bu barədə "Azəriqaz" İB-yə istinadən xəbər verir.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Son xəbərlər

Orphus sistemi