Yuxarı

Binəli Yıldırım: “TANAP-ı da uğurla həyata keçirəcəyik”

B.Yıldırımın sözlərinə görə, Türkiyə Bakı-Ceyhanvə Bakı-Ərzurum kəmərlərinin mövcudluğundan məmnundur

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Türkiyənin enerji ticarəti mərkəzi olması üçün aparılan işlər davam etdirilir". 

"Report" xəbər verir ki, bunu İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresində çıxış edən Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərlərinin mövcudluğundan məmnundur.

“Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini də uğurla həyata keçirəcəyik” - hökumət başçısı bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi