Biləsuvarda qaz xəttində sızma olub, 7 min abonentin qazı kəsilib
Energetika
- 10 fevral, 2023
- 07:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar şəhərinin bir hissəsini və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərini təbii qazla təmin edən daşıyıcı qaz xəttinə qazın verilişi kəsilib.
Təbii qazın verilişinin məcburi dayandırılması rayonun bir hissəsini təmin edən daşıyıcı kəmərin Zəhmətabad kəndinin girişində, asfaltın altından keçən hissəsində boru xəttinin korroziyaya uğraması nəticəsində yaranmış güclü qaz sızmasının aradan qaldırılması üçün görülən işlərlə əlaqədardır.
Təmir işlərinin bu gün günorta radələrinə başa çatdırılması planlaşdırılır.
Son xəbərlər
17:00
"NY Post": Mamdani real işdən çox onlayn təbliğatla məşğuldur
Digər ölkələr
16:57
İspaniya və İtaliya miqrasiya böhranı ilə əlaqədar sərhəd yoxlanışlarını dayandırır
Digər ölkələr
16:55
Nazim Süleymanov: "U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün böyük şansdır"
Futbol
16:45
Monteneqro 2028-ci ilin sonunadək Aİ-nin üzvü olmağı hədəfləyir
Digər ölkələr
16:44
Foto
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
Turizm
16:40
Foto
Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
Xarici siyasət
16:39
Foto
Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalından əvvəl Azərbaycan yığmasının açıq məşqi olub
Futbol
16:36
Foto
İtaliya şirkətlərinin Azərbaycanda istehsal layihələrində iştirakı müzakirə edilib
Biznes
16:30
Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşüb
Region