“Bibiheybətneft” NQÇİ-də laboratoriya binası yenidən qurulub

“Bibiheybətneft” NQÇİ-də laboratoriya binası yenidən qurulub Burada 25 suvurucu quyu fəaliyyət göstərir
Energetika
2 Mart , 2017 12:55
“Bibiheybətneft” NQÇİ-də laboratoriya binası yenidən qurulub

Bakı. 2 mart. REPORT.AZ/ “Bibiheybətneft” Neft-Qazçıxarma İdarəsinin elmi-tədqiqat və istehsalat işləri sahəsinin laboratoriya binası yenidənqurmadan sonra istifadəyə verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, laboratoriya ən müasir avadanlıqlarla təchiz edilib, “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına (AZS İSO/İEC 17025:2009) uyğun akkreditasiya olunub. 

NQÇİ-nin elmi-tədqiqat və istehsalat işləri sahəsi və laboratoriya tədqiqat, quyulara suvurma və utilizasiya işləri ilə məşğuldur. Burada 25 suvurucu quyu fəaliyyət göstərir. 7 quyuda isə lay sularının utilizə işləri aparılır. Sahədə lay təzyiqinin saxlanması, neftin, suyun və qazın analizi, həmçinin geoloji və tədqiqat bölmələri fəaliyyət göstərir. Laboratoriya mədənlərdə aparılan tədqiqat işlərinin planlaşdırılmasında və yerinə yetirilməsində iştirak edir, quyuların optimal rejimdə fəaliyyəti üçün tədbirlər hazırlayır. Burada neftin parametrləri təyin olunur. Hər ay 100-ə yaxın nümunə analiz edilir. Lay sularının təhlili isə 6 parametr üzrə həyata keçirilir, ay ərzində 60-a yaxın nümunə analiz olunur. Qazın da həcmi laboratoriyada ölçülərək tərkibi müəyyənləşdirilir. Ay ərzində 40-a yaxın belə analiz götürülür.

Son xəbərlər

Orphus sistemi