​Sabah Bakının Nəsimi və Yasamal rayonlarının qaz təchizatında fasilə olacaq

​Sabah Bakının Nəsimi və Yasamal rayonlarının qaz təchizatında fasilə olacaq Bu, magistral kəmərlərin qazpaylama stansiyalarında aparılacaq təmir işləri ilə bağlıdır
Energetika
27 Yanvar , 2015 17:09
​Sabah Bakının Nəsimi və Yasamal rayonlarının qaz təchizatında fasilə olacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 28-də saat 10:00-dan 18:00-dək Qazax rayonunun Şıxlı, İsmayıllı rayonunun Qubaxəlilli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Fasilə Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Alatava" və "Yaşma-Siyəzən" magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Zaqatala", Qazax magistral qaz kəmərləri sahəsinin "Şıxlı", o cümlədən Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ələt" və "Qubaxəlil" qazpaylama stansiyalarında aparılacaq təmir işləri ilə əlaqədar olacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal, Zaqatala rayonunun, eləcə də Abşeron rayonundakı bəzi qəsəbələrin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Son xəbərlər

Orphus sistemi