Yuxarı

​Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının Yasamal və Binəqədi rayonları, eləcə də Bərdə, Tərtər, Ağdam, Ağdaş, Göyçay və Qəbələ rayonlarında da fasilələr mümkündür

Bakı. 7 iyul. REPORT.AZ/ İyulun 8-də saat 10:00-dan 18:00-dək Astara rayonunun Ərçivan və Kijəba kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

"Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məhdudiyyətlər Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Sulutəpə”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-1”, “Göyçay-3”, “Şəmsabad”, “Qəbələ”, “Dəhnəxəlil”, eləcə də “Ağdaş” və Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Tərtər” və “Azadqaraqoyunlu”, həmçinin Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədar olacaq.

Aparılan işlərin Bakı şəhərinin Yasamal və Binəqədi rayonları, eləcə də Bərdə, Tərtər, Ağdam, Ağdaş, Göyçay və Qəbələ rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi