Yuxarı

​Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Qazax, Sabirabad, Lənkəran, Cəlilabad, Zərdab və Balakən rayonlarının qaz təchizatında fasilələr olacaq

Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 24-də saat 10:00-dan 18:00-dək Qazax rayonunun Daşsalahlı, Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı və Canallı, Sabirabad rayonunun Nərimankənd, Olacalı, Əhmədabad, Müsəlli və Şıxlar, Lənkəran rayonunun Hirkan, Cərətük, Aşağı Nüvədi, Büzəli, Mamusta, Parakənd, Bala Şürük, Yuxarı Nüvədi, Südəmordux və Vələdi, Cəlilabad rayonunun Uzuntəpə kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Zərdab” və “Balakən”, Qazax magistral qaz kəmərləri sahəsinin “Qazaxbəyli”, Astara magistral qaz kəmərləri sahəsinin “Nərimankənd”, “Avrora” və “Cəlilabad” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Aparılan işlərin Zərdab və Balakən rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi