​Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

​Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq Buna səbəb bir sıra qazpaylama stansiyalarında aparılacaq cari təmir işləridir
Energetika
10 Mart , 2015 17:35
​Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 10 mart. REPORT.AZ/ Martın 11-də saat 10:00-dan 16:00-dək Şamaxı rayonunun Mədrəsə, Yevlax rayonun Tanrıqulular, Qazax rayonunun Xanlılar, Ağstafa rayonunun Köçəsgər, Samux rayonun Alabaşlı kəndlərinin, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aparılan işlərin Bakı şəhərinin Binəqədi rayonu və Novxanı qəsəbəsinin, o cümlədən, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi kəndlərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məlumata görə, məhdudiyyətlər “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Semzavod'' və ''Novxanı'' magistral qaz kəmərləri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Mədrəsə”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Mingəçevir”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Xanlıqlar”, “Köçəsgər”, “Alabaşlı” və “Qarayeri” Qazpaylama stansiyalarında aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Bundan başqa, Astara Magistral qaz kəmərləri sahəsinin “Azadkənd-İmişli'' Magistral qaz kəmərinin 61, 62 və 97-ci kilometrlərində yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar təmir-bərpa işləri görüləcək.

Son xəbərlər

Orphus sistemi