Yuxarı

Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti Bakıda növbəti seminar keçirib

SOCAR nümayəndələri “Müdaxiləsiz monitorinq və diaqnostika” seminarına qatılıblar

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineers - SPE İnternational) təşkilatçılığı ilə “Müdaxiləsiz monitorinq və diaqnostika” mövzusunda növbəti seminar keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbir SOCAR-ın və regionda fəaliyyət göstərən BP, “Total”, “Statoil”, “ExxonMobile”, “Schlumberger”, “Halliburton”, “Baker”, “Weatherford”, “Hydroserv” kimi iri neft şirkətlərinin dəstəyi ilə təşkil edilib. Tədbirdə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Azərbaycanın dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini, neft hasilatı, emalı və nəqli sahəsində bir sıra yeniliklərin ilk dəfə məhz Azərbycanda tətbiq olunduğunu qeyd edib. O, bu mötəbər tədbirin artıq ikinci dəfədir ki, Bakıda keçirildiyini bildirib. Qeyd olunub ki, seminarın keçirilməsində əsas məqsəd layların, istismarda olan quyu və qurğuların iqtisadi cəhətdən daha səmərəli işlənilməsi üçün müasir texnologiyalara diqqətin yönləndirilməsidir. 

“Weatherford”, “Schlumberger”, “Halliburton”, “Statoil”, “Exxon Mobile” və “Total” şirkətlərinin mütəxəssisləri seminarın təşkilat komitəsinin üzvləri olublar. “SOCAR Upstream” təşkilatının nümayəndəsi Oqtay Bağırov və BP şirkətinin təmsilçisi Əli Şeydayev proqram komitəsinə həmsədrlik ediblər. Müxtəlif şirkətlərdən 8 seksiya olmaqla hər sessiya üzrə 3 təqdimatdan ibarət seminarda ən qabaqcıl texnologiyalar vasitəsi ilə müdaxiləsiz monitorinq və diaqnostikaya dair ümumilikdə 24 məruzə dinlənilib. İki gün davam edən seminarda SOCAR-ın “Azneft” İstehsalat Birliyi, Kompleks Qazma İşləri Tresti, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Geologiya və Geofizika İdarəsi, “SOCAR-AQŞ”, “SOCAR-Ümid” və digər təşkilatlarından ümumilikdə 35 mütəxəssis iştirak edib. Seminarın sonunda SOCAR-ın fərqlənən mütəxəssisləri xüsusi sertifikatlara layiq görülüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi