Beynəlxalq məsləhətçi şirkət Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə müqavilələr hazırlayacaq

Beynəlxalq məsləhətçi şirkət Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə müqavilələr hazırlayacaq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üçün beynəlxalq məsləhətçi şirkət cəlb ediləcək.
Energetika
5 Dekabr , 2019 18:07
Beynəlxalq məsləhətçi şirkət Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə müqavilələr hazırlayacaq

Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üçün beynəlxalq məsləhətçi şirkət cəlb ediləcək. 

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gun imzaladığı "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" sərəncamda bildirilir. 

Sənədə əsasən, müqavilələr 4 ay müddətində hazırlanacaq. Söhbət elektrik enerjisinin satın alınması, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması, layihələrin icrası ilə bağlı dövlət zəmanəti barədə və digər müqavilələrdən gedir. 

Son xəbərlər

Orphus sistemi