Beynəlxalq Enerji Agentliyi: “Təbii qaz tələbatı artacaq”

Beynəlxalq Enerji Agentliyi: “Təbii qaz tələbatı artacaq” Bakı. 27 iyun. REPORT.AZ/ Qlobal təbii qaz istehlakı hər il 1,6% artacaq.
Energetika
27 İyun , 2018 13:43
Beynəlxalq Enerji Agentliyi: “Təbii qaz tələbatı artacaq”
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Qlobal təbii qaz istehlakı hər il 1,6% artacaq.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd olunub.

Agentliyin proqnozuna görə, bu artımla 2023-cü ildə qaz tələbatı 4,1 trln. kubmetrə çatacaq.

Qeyd olunub ki, tələbat əsasən Asiya qitəsində artacaq: “Asiya bölgəsində, xüsusilə də Çinin təmiz hava üçün atdığı addımların ölkədəki təbii qaz tələbatının artmasında ən önəmli təsiri olacaq”.

Bundan başqa, IEA-nın proqnozuna görə, sənaye sektorunda da elektrik istehsalı üçün qazın payı artacaq.

Son xəbərlər

Orphus sistemi