Beynəlxalq Enerji Agentliyi: Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə daha da genişlənə bilər

Beynəlxalq Enerji Agentliyi: Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə daha da genişlənə bilər Bakı. 12 sentyabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı kiçik mübahisələr olsa da, layihə uğurla həyata keçiriləcək.
Energetika
12 Sentyabr , 2018 12:36
Beynəlxalq Enerji Agentliyi: Cənub Qaz Dəhlizi layihəsi gələcəkdə daha da genişlənə bilər
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı kiçik mübahisələr olsa da, layihə uğurla həyata keçiriləcək".

"Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bu gün jurnalistlərə açıqlamasında bildirib.

Cənub Qaz Dəhlizi layihəsi barədə danışan F.Birol onun gələcəkdə daha da genişlənə biləcəyini qeyd edib. BEA rəhbərinin sözlərinə görə, bu, həm Azərbaycan, həm Türkiyə, həm də Avropa üçün önəmli inkişaf olacaq.

Qonaq qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində hökumətlə həm neft-kimya, həm də alternativ enerji sahələrində daha hansı işlərin görülə biləcəyi müzakirə ediləcək: "Azərbaycana bu sahələrdə necə kömək edə biləcəyimizi açıqlayacağıq". 

Son xəbərlər

Orphus sistemi