Beyləqanın bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Beyləqanın bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Beyləqan rayonunun İmamverdili kəndinə təbii qaz verib.
Energetika
11 Yanvar , 2018 16:57
Beyləqanın bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Beyləqan rayonunun İmamverdili kəndinə təbii qaz verib.

“Report”a “Azəriqaz”dan verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 229 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 27 111 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Beyləqan rayonunun Birinci Şahsevən kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtda işlər yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi