Bəxtiyar Aslanbəyli: "Pandemiya nəzərdə tutduğumuz transformasiyaları sürətləndirdi"

Bəxtiyar Aslanbəyli: "Pandemiya nəzərdə tutduğumuz transformasiyaları sürətləndirdi" "Neft-qaz sənayesi və bütövlükdə enerji sənayesi pandemiya dövründə digər sənaye sahələri ilə müqayisədə nisbətən ikiqat çətinliklə üzləşdi. Əslində neft-qaz sənayesi tez-tez böhran şəraiti ilə üzləşir və bu baxımdan böhran vəziyyətlərinin idarə olunmasın
Energetika
3 Dekabr , 2021 17:49
Bəxtiyar Aslanbəyli: Pandemiya nəzərdə tutduğumuz transformasiyaları sürətləndirdi
Bəxtiyar Aslanbəyli

"Neft-qaz sənayesi və bütövlükdə enerji sənayesi pandemiya dövründə digər sənaye sahələri ilə müqayisədə nisbətən ikiqat çətinliklə üzləşdi. Əslində neft-qaz sənayesi tez-tez böhran şəraiti ilə üzləşir və bu baxımdan böhran vəziyyətlərinin idarə olunmasında daha təcrübəlidir”.

"Report" xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun “Post-pandemiya dövründə biznes transformasiyası” panelində çıxışı zamanı deyib.

Amma, B.Aslanbəylinin sözlərinə görə, bu dəfəki böhran əvvəlkilərdən ciddi fərqlənir:

“Çünki birinci növbədə pandemiya başlamamışdan əvvəl neft-qaz sektorunda ciddi transformasiya çağırışları var idi. Bura “Net zero”, “2050-ci ilə qədər xarici sıfır öhdəliyə nail olmaq” məsələləri və enerji şirkətlərinin transformasiyası, bərpaolunan enerji ilə bağlı qanunvericiliyin və ictimaiyyətin tələbləri və başqa məsələləri daxildi.

2019-cu ildən başlayaraq 2020-ci ilin əvvəllərinə qədər BP şirkəti və başqa iri şirkətlər öz strategiyalarında ciddi dəyişikliklər etməyə başladılar. Həmçinin onlar öz üzərlərinə müəyyən ciddi öhdəliklər də götürdülər. Bunlar strategiyanın dəyişməsi, neft-qaz sektoruna olan investisiyaların tədricən azaldılması və bunun müqabilində bərpa olunan enerji sahəsinə, aşağı karbonlu neft-qaz hasilatına investisiyaların getdikcə artırılmasıdır.

Biz də ötən ilin fevralında bu istiqamətdə öz strategiyamızı, missiyamızı elan etdik. Beynəlxalq aləmdə neft-qaz şirkəti kimi tanınan BP 112 ildən sonra strategiyasını dəyişdi. Biz qarşımıza inteqrasiya edilmiş enerji şirkətinə çevrilməyi qarşımıza qoyduq. Bunun da əsas mahiyyəti neft-qaz resursları ilə bərabər yeni enerji həllərini müştərilərə təklif etməkdir. Belə bir dəyişikliyin bizim şirkətlə bərabər digər şirkətlərin də öz öhdəliyinə götürdüyü dövrdə pandemiya baş verdi və bunun nəticəsində dünya iqtisadiyyatında məlum tənəzzül və tələbin azalması nəticəsində dünya iqtisadiyyatında neftin qiyməti aşağı düşdü. Belə bir halda transformasiyanı həyata keçirmək çağırışı paralel olaraq iqtisadi tənəzzüllə müşayiət olundu. Burada həm biznesi xilas etmək missiyasını və paralel olaraq transmissiyanı həyata keçirməyə ciddi ehtiyac var idi. Bu nöqteyi-nəzərdən məhz neft-qaz şirkətlərinin üzərinə ikiqat çətinlik düşmüşdü".

B.Aslanbəylinin qeyd etdiyinə görə, yaxşı xəbər ondan ibarətdir ki, BP bu missiyanın öhdəsindən gələ bildi: "Həm Azərbaycandakı, həm də dünyadakı fəaliyyətimizə demək olar ki, təsirsiz nəticələndi. Azərbaycandakı COVID-19-la bağlı olan bütün məhdudiyyətlərə baxmayaraq ölkədə neft-qaz hasilatı səngimədi, operatorluğu bizə tapşırılmış 8 platforma üzrə işlər, 9-cu platformanın tikintisi davam etdi. Bizim nəzərdə tutduğumuz transformasiya pandemiya nəticəsində daha da sürətləndi. Bu isə bizi məcbur etdi ki, daha uzun müddət üçün tətbiqini nəzərdə tutduğumuz məsələləri tezləşdirək”.

Son xəbərlər

Orphus sistemi