Beş ölkədən Azərbaycana maye sayğaclarının idxalı bərpa edilib
- 14 mart, 2023
- 13:45
2022-ci il ərzində Azərbaycan 256,24 min ABŞ dolları dəyərində 598 ədəd maye sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 90 % çoxdur, kəmiyyət olaraq – 35 % azdır.
Azərbaycana Türkiyədən 71 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 % azdır) 293 ədəd (-23 %), Rusiyadan 63 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 10 ədəd (+25 %), Koreyadan 46,6 min ABŞ dolları dəyərində 13 ədəd, Almaniyadan 46 min ABŞ dolları dəyərində (+10 dəfə) 73 ədəd (+6,6 dəfə), Amerika Birləşmiş Ştatlarından 11,67 min ABŞ dolları dəyərində (+12 dəfə) 6 ədəd (+6 dəfə) cihaz gətirilib.
Azərbaycana Böyük Britaniyadan (0,34 min ABŞ dolları dəyərində 2 ədəd), Danimarkadan (0,18 min ABŞ dolları dəyərində 1 ədəd), Fransadan (0,24 min ABŞ dolları dəyərində 5 ədəd), İsveçrədən (0,7 min ABŞ dolları dəyərində 7 ədəd) və Polşadan (0,39 min ABŞ dolları dəyərində 20 ədəd) maye sayğacı tədarükü bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Koreyadan idxal həyata keçirilib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrə 718 min ABŞ dolları dəyərində (+65 %) 57 min 864 ədəd (+68 %) maye sayğacı ixrac edib.
Qazaxıstana 366 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 30 min 652 ədəd (+3 dəfə), Gürcüstana 283 min ABŞ dolları dəyərində (+25 %) 21 min 211 ədəd (-13 %), Özbəkistana 68,4 min ABŞ dolları dəyərində 6 min ədəd (ilk dəfə tədarük olub) və Rusiyaya 0,02 min ABŞ dolları dəyərində (-99,9 %) 1 ədəd (-83 %) sayğac satılıb.